Nyu Sfera Şirkətlər Qrupu yeni yaranmasına baxmayaraq Azərbaycan biznes mühitində özünəməxsus yer tutmuşdur. Şirketler qrupuna aşağıdakı müəssisələr daxildir:
Belə ki, şirkətlər qrupuna daxil olan müəssisələrdən biri olan “Nyu Sfera LTD” MMC artıq 8 ildir ki, şəhərimizin ən gözəl ticarət mərkəzlərindən olan “Xalqlar Dostluğu” ticarət mərkəzinin təsisçisidir. Bu ticarət mərkəzində siz öz zövqünüzə uyğun Dünyanın və Avropanın aparıcı tekstil firmalarının məhsullarını ala bilərsiniz:
“Nyu Sfera-Turizm” MMC isə İsmayıllı rayonunda yerləşən “Green House” istirahət mərkəzinin təsisçisidir. Bura gəlməklə siz İsmayıllı dağlarının saf və təmiz havasından udacaq, göz yaşı kimi duru bulaqların suyundan içəcək, hər tərəfdən meşələrin əhatəsində olan hər cür rahatlığı və komfortu olan kotteclərimizdə və otel otaqlarımızda rahat istirahət edəcəksiniz. Ekoloji cəhətdən təmiz yerli məhsullardan hazırlanan yeməklərimiz sizin damaq dadınızı dəyişdirəcəkdir. Şirkətlərimizin əsas məqsədi keyfiyyətli və müasir tələblərə uyğun ticarət xidmətinin göstərilməsi, turizm sferasının inkişafı üçün yeni istirahət mərkəzlərinin və otellərin tikintisidir. Şirkətimiz bundan sonra da, yeni-yeni layihələrin həyata keçirilməsinə imza atacaqdır. |