Yaşayış, kommersiya və xidmət sahələrində uğurlu layihələr
Nyu Sfera Şirkətlər Qrupu tikinti, xidmət və biznes sahələrində həyata keçirdiyi layihələrlə müasir şəhər həyatına dəyər qatır.

Sofievskaya Sfera
Sfera Jitlobud MMC tərəfindən Ukraynanın Kiev bölgəsində inşa edilən geniş yaşayış kompleksi. Müasir şəhər infrastrukturu, yaşıllıq zonaları və sosial obyektlərlə təmin olunmuş layihə.

Yeni Zığ Kompleksi
Şahinlər MMC tərəfindən həyata keçirilən Yeni Zığ yaşayış kompleksi müasir yaşayış, kommersiya və sosial infrastruktur konsepti əsasında layihələndirilib.

Müasir Arena
Nərimanov rayonunda yerləşən Müasir Arena yaşayış kompleksi şəhər mərkəzində yerləşməsi və Heydər Əliyev Mərkəzinə mənzərəsi ilə fərqlənir.

Green House
İsmayıllıda yerləşən Green House istirahət kompleksi təbiət, komfort və xidmət keyfiyyətini bir araya gətirir.

Romance Palace
Nyu Sfera Şirkətlər Qrupu Bakı şəhəri Nizami rayonunda yerləşən şadlıq sarayları və restoran infrastrukturu ilə qida və xidmət sektorunda fəaliyyət göstərir.

Gold Center Xalqlar Dostluğu
Xalqlar Dostluğu ticarət mərkəzi 1.8 hektar ərazidə fəaliyyət göstərən, yüzlərlə kiçik və orta biznes sahibinə xidmət edən kommersiya obyektidir.

Şahinlər Kompleksi
Şahinlər MMC tərəfindən Bakı şəhəri Qara Qarayev prospektində inşa edilən yaşayış kompleksi 332 ailəyə təqdim olunmuşdur.